Azərbaycanda ağır qəza - Ölən var

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü İqor Skokov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Şabran rayonunun Ağalıq kənd sakini, 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub.

Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (BAKU.WS)

27.08.2022 23:03
905