Azərbaycanda 850 minə "Qurani-Kərim" satılır - FOTOLENT

Azərbaycanda tarixi “Qurani-Kərim” kitabı satışa çıxarılıb.

Musavat.com “lent.az”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə elan səhifələrindən birində məlumat paylaşılıb. Bildirilib ki, müqəddəs kitabın tarixi 750 il əvvələ, təxminən 1238-ci ilə gedib çıxır. Kitab hərrac yolu ilə satışa qoyulub.

Səhifələri papirusdandır. Üz qabığı isə maral dərisindən hazırlanıb.

Bu tarixi “Qurani-Kərim”in isə hərracda ilkin qiyməti fantastikdir. Nə az, nə çox 500 min dollar, yəni 850 min Azərbaycan manatı.

İzləyicilər rəylərdə təəccüb hisslərini müxtəlif cür izah ediblər.

08.11.2022 01:51
2815