Azərbaycanda 7 nəfər bu səbəbdən ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, avqustun 13-14-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

15.08.2022 10:26
572