Azərbaycanda 62 nəfər qanunsuz işdən çıxarılıb

2022-ci ilin 7 ayı ərzində 62 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edilib.

Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən xəbər verilib.

Bildirilib ki, xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

11.08.2022 10:41
917