Azərbaycanda 6 aylıq körpə faciəvi şəkildə öldü - uşaq arabasının...

Masallı rayonunda 6 aylıq körpə faciəli şəkildə ölüb.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, hadisə Masallı şəhəri Digah küçəsində qeydə alınıb.

Fərdi yaşayış evində yaşayan 10.03.2024-cü il təvəllüdlü Nilay Tural qızı Bədəlbəyli evdə başının uşaq arabasına keçməsi nəticəsində boğulub.

Rayon prokurorluğunda araşdırma aparılır.

09.09.2024 17:23
704