Azərbaycanda 5 yaşlı uşaq civə uddu

Ağdaşda azyaşlı civədən zəhərlənib.

Hadisə Pirəzə kəndində baş verib.

Kənd sakini 5 yaşlı N.Alxazzadə yaşadığı evdə ağzında termometr sındırıb. Nəticədə uşaq civədən zəhərlənib. O, civənin toksiki təsiri diaqnozu ilə xəstəxanaya gətirilib.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra azyaşlı evə buraxılıb. (lent.az)

04.02.2025 11:57
743