Sosial şəbəkədə xoşagəlməz görüntülər yayılıb.
"TikTok"da paylaşılan videoda göründüyü kimi 4 yeniyetmə oğlan bir nəfəri təkləyib. Onun şərəf və ləyaqətini alçaldırlar və bunu telefonla çəkirlər.
Onlar oğlandan üzr istəməsini tələb edirlər. Daha sonra gənclərdən biri həmin oğlana yumruq atır.
Hüquq-mühafizə orqanlarından bildirildi ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.
Qeyd edək ki, video aşağıda təqdim etdiyimiz "TikTok" səhifəsində paylaşılıb və bir müddət sonra silinib./BAKU.WS