Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib.

Həmçinin 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb. 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.

06.07.2023 22:20
1090