Azərbaycanda 4 aylıq körpə qızılcadan vəfat edib

Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

Musavat.com-un Report-a istinadən məlumatına görə, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

28.01.2024 22:34
539