İyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Musavat.com-a Ucar rayon prokurorluğundan məlumat daxil olub.
Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
***
Bu gün saat 15 radələrində Ucar rayonunun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovaya kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R. İsmayılovanın həyat yoldaşı, 1979-cu il təvəllüdlü Kamil Qarayev saxlanılıb.
Araşdırmalar aparılır.