Kürdəmirdə gənc qız intihara cəhd edib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 1994-cü il təvəllüdlü Ş.Şükürova (şərti soyadlı) dəmiryolu stansiyası ərazisindəki qülləyə çıxıb.
Hadisə yerinə toplaşan şəxslər dərhal polisə və xilasedicilərə müraciət ediblər.
Aparılan psixoloji söhbətlərdən sonra 29 yaşlı qızı fikrindən daşındırmaq mümkün olub.
Hadisə ilə bağlı araşdırma aparılır.