Azərbaycanda 24 yaşlı gənc dayısı oğlunu bıçaqlayıb


Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

Rayonun Hacalıkənd kənd sakini, 1999-cu il təvəllüdlü Nemətov Elnur Xəyyam oğlu aralarında baş verən dava zamanı dayısı oğlu Əhmədli Kənan Kamran oğlunu bıçaqlayıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun bildirib ki, hadisəni törədən Elnur Nemətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

29.03.2023 08:23
407