Azərbaycanda 16 yaşlı qız turşudan zəhərlənərək ÖLDÜ 

Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.

22.09.2024 16:47
659