“Fevralın 28-də Bakı kəndlərinin birində 16 yaşlı qızın toy mərasiminin qarşısı alındıqdan sonra bu gün daha bir erkən nikaha cəlb edilmə ilə bağlı xəbər yayıldı”.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O yazıb:
“Bir erkən nikahın qarşısı alındı!!! Bu gün isə NÖVBƏTİ!!! Abşeron rayonunda 15 yaşlı azyaşlının nişanlanaraq tez bir zamanda evləndirilmə cinayətinin qarşısının alınması istiqamətində işə start verildi. Ana 5 uşağı təhsildən yayındırıb. 15 yaşlı qızı 32 yaşlı öz əmisi oğluna nişanlayıb. “Sıcaq” münasibətlər üçün bütün lazımi şəraiti yaradıb. Qız oxumaq istəyir, ana isə mənə məlumatın harda çatması ilə uğraşır. Abşeron Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, əminik ki, azyaşlıya qarşı seksual hərəkətlərin olunması ilə bağlı ciddi araşdırma aparılacaq!”
Nigar HƏSƏNLİ,
Musavat.com