"Azərbaycana qurbandı canımız" - "Traktor"un qələbə zəfəri stadionu COŞDURDU

Bu gün Cənubi Azərbaycanın paytaxtında Təbriz təmsilçisi “Traktor”la Tehran klubu “İstiqlal” üz-üzə gəlib.

Musavat.com xəbər verir ki, “Traktor” klubu 3:0 hesabı ilə qalib olub.

Sözügedən oyun Qurdlar Dərəsi (Yadigar-i İmam) stadionunda keçirilib. 

Stadionda “Traktor” tərəfdarlarının oyun öncəsi səsləndirdiyi şüarlar maraqla qarşılanıb.

“Biz vətən aşiqi, yoxdu bakımız (qorxumuz), Azərbaycana qurbandı canımız, Vətən bizə ana, Biz əsgərik ona…”,-deyə tərəfdarlar stadionda şüarlar səsləndiriblər.

Həmin görüntüləri təqdim edirik.

Musavat.com

 

02.01.2025 19:10
1145