Azərbaycana qarşı təxribat AŞPA-nın islamofob mahiyyətini bir daha üzə çıxardı

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı.

Musavat.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

"Biz buna AŞPA-nın Ermənistan üzrə həmməruzəçilərinə qayıdış hüququmuz ilə məşğul olmaq çağırışı ilə 1 mart 2023-cü il tarixində göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq", - icmadan qeyd olunub.

Bəyanatda vurğulanıb ki, Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir:

"Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir".

Musavat.com

eb8fc95a-7a51-31ef-9629-3540855a6ba1_850.jpg (38 KB)

25.01.2024 10:31
640