Azərbaycana qarşı sanksiya planındakı ŞOK FAKT: imzalar eynidir...

Musavat.com Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarovanın ABŞ Konqresinin sanksiyalarına dair qanun layihəsi ilə bağlı yazısının ikinci hissəsini təqdim edir.

BİRİNCİ HİSSƏ BURADA

 2-ci hissə

“907-ci düzəlişin” müəllifi olan konqresin Tom Lantos İnsan Hüquqları Komissiyası erməni lobbisinin alətidir

  • Aprelin 26-da Konqresə təqdim edilən sanksiyanın ötən il Tom Lantos İnsan Hüquqları Komissiyasının sifariş etməsi

Azərbaycan rəsmilərinə qarşı aprelin 26-da Konqresə təqdim edilən sanksiya(qanun) layihəsi, habelə, siyahıdakı şəxslərin adları hələ 2023-cü ildən hazırlanan hesabatda əksini tapıb. 2023-cü ilin sentyabrında - antiterror əməliyyatından əvvəl Konqresdə dinləmələrdə təqdim edilib.

Hesabat-layihə Konqresin Erməni Qrupunun, eləcə də, “Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyası”nın həmsədr Kris Smitin (erməni lobbisinin) sifarişi əsasında hazırlanıb. Daha dəqiq deyilsə, Azərbaycana qarşı Laçın yolu ilə bağlı saxta “blokadaya” dair L.M.Okampo ilə eyni vaxtda, Corctaun Universitetinin professoru Davıd Phillipsə də sifarişlə verilib. Səxavətli maliyyə ayırmaqla-L.Okampoya-“soyqırım, etnik təmizləməni əsaslandırmaq tapşırığı, D.Filipsə isə- “hərbi cinayətlər və onu törədənlərin siyahısının” hazırlanması tapşırılıb.

 2023-cü ilin sentyabrında yekun sənəd Konqresin Tom Lantoş İnsan Hüquqları Komissiyasına təqdim edilib, dinləmələr keçirilib. Dinləmələr hazırkı son qanun layihəsinin də sponsoru olan Kris Smits (co-chair Chris Smith (R-CA) tərəfindən təşkil edilib və onun internet səhifəsində yerləşdirilib.[1]

  • Layihənin Konqres dinləmələrində təqdimatı

Dağlıq Qarabağla bağlı vəziyyət. Dinləmələr. Corctaun Universitetinin professoru Devıd l. Phıllıpsin Konqresin “ Tom Lantos İnsan Hüquqları Komissiyası”na təqdimatı”adı altında dinləmələr  6 sentyabr 2023-cü il tarixində baş tutub. Müəllif Devıd l. Phıllıps bildirir. Sitat: “ Mən Tom Lantos İnsan Hüquqları Komissiyasının həmsədrləri-konqresmen Kris H. Smitə və Ceyms P. MakQovernə: Dağlıq Qarabağda etnik ermənilərin insan hüquqlarının pozulması və insanlığa qarşı cinayətlərə dair bu dinləmənin keçirilməsinə görə təşəkkür etmək istəyirəm. Mən həmçinin Luis Moreno Okampoya Artsaxdakı soyqırımla bağlı ifadəsinə görə minnətdarlığımı bildirmək istəyirəm. Komissiyanın hələ 21 iyun 2023-cü il tarixli dinləməsi zamanı mən Əliyev rejiminin Artsaxda və nəhayət, indiki Ermənistan Respublikasında ermənilərin fiziki, dini və mədəni varlığını yox etmək, soyqırım yönündə Ərdoğan rejimi ilə ortaqlığını   qeyd etdim. Artıq Ermənistan ərazisi tarixi ölçüsünün kiçik bir hissəsinə qədər azaldılıb və bu prosesin son məqsədi- xristian əhalinin və kilsələrin ləğv etməkdir.”

Sözügedən, diasporun səxavətli maliyyəsi ilə hazırlanan hesabatda  Devid Fillips   bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və onun məmurlarının istifadə etdiyi leksikon onların soyqırım niyyətinə şübhə yeri qoymur. Hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar, müstəqil media həyəcan təbili çalır. Buna görə mənim hələ iyun ayında mənim verdiyim təkliflər: Azərbaycana qarşı sanksiyalar, Azadlığa Dəstək Aktının 907-ci maddəsi, Humanitar Dəhliz Aktı və Maqnitski Aktı həyata keçirilməlidir. Rəsmi şəxslərə və korrupsioner rəhbərliyinə qarşı sanksiyalar tətbiq edilməsi Azərbaycan üçün daha təsirli olacaq.” Hesabatda 44 günlük  müharibəsi, 2022-ci il sentyabrın 13-də Azərbaycan silahlı qüvvələrinin “hərbi cinayətləri”, Bakıda   erməni hərbçilərin qanunsuz məhkəmələri barədə bəhs edilr. Məhz  hesabatda qərar alınıb ki, “bütövlükdə Azərbaycana qarşı deyil,  konkret məmurlara qarşı sanksiya tətbiqi daha effektli olacaq”. Sitat: “Azərbaycanda demokratiya və insan haqları tamamilə boğulub. Soyqırım fəaliyyətinə görə məsul olan məmurların və korrupsioner rəhbərliyin hesablarının və maliyyə vəsaitlərinin dondurulması  daha effektlidir. Hesabat Layihəsi “Artsax Vəhşiliyi”(Arsakh Atrosities) Azərbaycanın bəşəriyyətə qarşı cinayəti - “qətl, etnik təmizləmə və deportasiya yolu ilə erməniləri öz vətənlərindən qovmaq üçün sistemli səylərini əhatə edib”. Şəkil: Devid Filips hazırladığı  sanksiya və siyahı ilə bağlı Konqresin Tom Lantos İnsan Haqları Komissiyasına  dinləmələrdə məruzə edir.2023-cü il sentyabr

 SENTYABR .png (195 KB)

Sözügedən sənədin - Konqresə yeni təqdim edilmiş qanun layihəsindən yalnız bir fərqi odur ki, burada  “Türkiyəli komandirləri” və guya, “Azərbaycan silahlı qüvvələri və Türkiyənin dəstəklədiyi 2000-ə yaxın qondarma “muzdlu-cihadçı döyüşçülərin” komandirlərinin siyahısı da yer alıb.   D.Filips saxta məlumatlarının mənbəyi kimi qondarma rejim ombudsmanı Artak Beqlaryan və s.tərəfindən hazırlanan “Artsax Atrocities”(Artsax vəhşilikləri) dosyesinə istinad edir. “Dosyeyə”aşağıdakılar daxildir: (i) Artsaxda İnsan Hüquqları üzrə Ombudsman tərəfindən verilmiş hesabatlar və digər nüfuzlu insan hüquqları mənbələrinin hesabatları; (ii) hadisələri işıqlandıran xəbər məqalələri və rəy yazıları; (iii) parolla qorunan videolar (qorxunc görüntülərlə); (iv) xristian mədəniyyətin hədəflənməsi; (v) münaqişədə iştirak edən humanitar agentliklər; (vi) Qərbdə nifrət cinayətləri haqqında məlumat; (vii) münaqişənin və müharibə cinayətlərinin icraçıları; və (viii) hələ də Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərə dair məlumatlar”..

D.Filipsin hesabatındakı siyahıda “Türkiyəli komandirləri” bölümündə:general-mayor Bəhtiyar Ersay; General-leytenant Şeref Önqay; General-mayor Göksel Kahya; dron idarəçiliyi üzrə Adnan Tanrıverdinin adlari yer alıb. Habelə, beş nəfər  guya “ərəb-pakistanlı islamçı müzdlu ordu komandirlərinin” də adları yer alıb.

Siyahının “Azərbaycan komandirləri” bölümündəki adlar -Dina Titusun son layihəsindəki adlarla demək olar ki, eynidir.(Tehran Mənsimov, Dəniz qüvvələri XTQ, Hikmət Həsənov, Mais Barxudarov və s. istisna olmaqla, bu adları D.Titus siyahısında yoxdur).

  • “Konqresin Tom Lantos İnsan Haqları Komissiyası” adlı qurum: Erməni lobbisinin son 32 ildə Azərbaycana qarşı tətbiq etdiyi siyasi alətdir

Hazırkı sanksiya/qanun layihəsini və siyahısını hazırlayıb dinləmələri keçirilməsində    Konqresin Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri Kris Smit aparıcı isimlərdəndir.

Bu Komissiya ABŞ Konqresinin  Holokost yaşamış Macarıstanlı yəhudi əsilli  üzvü Tom Lantos tərəfindən yaradılıb. Tamás Lantos (1928 - 2008) Kaliforniyadan, Demokratlar partiyasının üzvü olub.  Konqres Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğu müddətdə İraq müharibəsinə təhrik edən əsas təşəbbüskarlardan biri olan T.Lantos həmçinin, fəaliyyəti boyu erməni lobbisinin aləti kimi çıxış edib. Tomas Lantosun vəfatından sonra onun həyat yoldaşı və 3 qızı erməni lobbisinin “böyük qayğısı ilə”əhatə olunub.

Məlumdur ki, ermənilərin saxta soyqırımı  Holokostla eyniləşdirmək səyləri əksər yəhudilər tərəfindən müsbət qarşılanmır. Buna görə də diaspor və erməni lobbisi yəhudi soyqırımı, insan haqları və s təşkilatlara sızmağı, onları maliyyə və s.l ələ almağı əsas məqsəd kimi seçir. Bu gün məhz həmin məqsədlə yaradılan saxta “Lemkin İnstitutu”, “Raul Vallenberq” və s. çoxsaylı yəhudi  təşkilatları ermənilərin saxta “soyqırımını”-Holokostla eyniləşdirmək siyasətinə xidmət edir. Tom Santosun sağlığında onu “bəsləyən”, hələ 1992-ci ildə 907-ci düzəlişin qəbuluna nail olan  ermənilər, onun  vəfatından sonra,  ailəsini: həyat yoldaşını və 3 qızını himayə  edir, çoxsaylı təşkilatlar yaradıb və maliyyələşdirir. Tom Lantosun adını daşıyan “Konqres İnsan Hüquqları Komitəsindən” əlavə olaraq, “Tom Lantos İnsan hüquqları və Ədalət Fondu” da yaradılıb..

Erməni canfəşanlığının bariz nümunəsi kimi-  2018-ci ildə erməni heykəltaraşın Macarıstanda Tom Lantos-a heykəl hazırlaması göstərilə bilər.. Digər əsas məqsəd-Lantos soyadlı qadınları, onların həyat yoldaşlarını həlledici postlara, Konqresə, BMT qurumlarına  seçilməsini təmin etmək, siyasi alətə çevirməkdir. Bu istiqamətdə də ermənilər böyük nailiyyət əldə edib.

  • Paradoks, yaxud tarix təkrar oluna bilərmi? Azərbaycana qarşı 32 ildir erməni lobbisinin aləti, “907-ci düzəlişin” [2] müəllifi olan Tom Lantos ailəsi

907-ci düzəliş-sanksiyanın müəlifləri 32 il sonra Azərbaycan rəsmilərinə qarşı yeni qanun layihəsinin müəllifləridir!

Beləliklə, Azərbaycan rəsmilərinə qarşı sanksiya ideyasını,hərbi cinayətlərlə bağlı araşdırmanın sifariş verən və dinləmələr keçirən ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komitəsidir. 2023-cü ilin sentyabrında dinləmələrə təqdim edilən hesabat- hazırkı siyahının demək olar ki, tam olaraq eynisidir.

T.Lantosun qızı Katerina Lantos Svet-erməni lobbisinini maliyyəsi ilə ABŞ Beynəlxalq Din Azadlığı Komtəsinin(USCİRF) sədrliyinə gətirilib.  Katrina Lantos habelə, 2012-2015-ci illərdə  Azərbaycana dini azadlıq indekslərində ənənəvi olaraq qərəzlə yanaşan “ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası”nın (USCİRF)sədri olub. Katerina USCİRF-də rəhbərlikdən getdikdən sora həmin vəzifəyə erməni lobbisinin ddigər namizədini yerləşdirməyə nail  olub.

Tom Lantosun qızı, ailənin ən çox “vəzifəli” üzvü-Katarina  Lantos Sviit-in    həyat yoldaşı Dick(Riçard )Svit   konqresin üzvü və ABŞ-ın Danimarkada səfiri olub.

Ata Tom Lantos və kürəkən (həyat yoldaşı) Dick Svit 907-ci düzəlişin müəllifləri və sponsorları olub. Riçard Svit konqresmenliyi dövründə, prezident Buşa Qarabağın “müstəqilliyini” tanınması, oraya BMT qoşunlarının göndərilməsi, Azərbaycanın aqressiyasını dayandırmasıilə bağlı tələblərlə müraciət edib. Daha sonra isə D.Sviit-1992-ci ildə Tom Lantoş, erməni qrup üzvləri Frank Pallone, Nensi Pelosi və s.lə birgə Ermənistanın blokadasına görə “Azadlığa dəstək Aktı”adlanan 907-ci düzəlişin     müəllif və sponsorları sırasında olublar...[3]

 SİRAN .png (203 KB)

T.Lantos ailəsinin üzvü kürəkən Dick Sviitin 1992-cı ildə torpaqları işğala məruz qalmış Azərbaycana qarşı fəaliyyəti bütövlükdə aşırı qərəzliyi ilə seçilir.   Dick Sviit həmçinin, o zaman hakimiyyətdə olan AXCP rəhbərliyi ilə erməni  əsirlərlə bağlı yazışmalar aparıb, bəyanatlar verib, Konqres qarşısında piketlər təşkil edib.

 PİKET .png (546 KB)

Tom Lantos ailəsinin üzvü D.Svit-   1992-ci ildə Əbülfəz Elçibəyə teleqram vurub,   erməni  əsirlərin azad edilməsini tələb edib. “Qarabağı xilas et” hərəkatını başladıb. 1992-ci ildə şəxsən  Bakıdan bir erməni ailəsini azad edib Moskvaya qaçqın kimi yerləşməsində  iştirak edib.

HAŞİYƏ:Son günlər sanksiya xəbərlərini tirajlayan, buna sevinən bəzi şəxslər zamankı hakimiyyət üzvü kimi şübhəsiz ki, bu yazışma və danışıqlarda iştirak edib. Beləliklə, AXCP öz dövründə 907-ci sanksiyanı tətbiq edənlərlə bu gün əlbirdir, onları dəstəkləyir.

 NOTE .png (330 KB)

Paradoks: AXCP dövrünün 907-ci düzəliş müəllifləri bu gün-32 il sonra  də qərəzli və əsassız sanksiyanı təkrar tətbiq etməyə çalışır. Tom  Lantos Komissiyasının sədri Kris Smit sözü gedən sanksiya layihəsinin ilkin variantının himayəçisidir. Lantoslar ailəsi 32 il əvvəl olduğu kimi bu gün  Vətən müharibəsi qəhrəmanlarına qarşı sanksiya layihəsini təqdim edir!  

Şəkil: 32 il əvvəlki 907-ci düzəliş-sanksiyadakı və 26 aprel 2024-cü ildə Konqresə  Milli Qəhrəmanlarımıza qarşı təqdim edilən sanksiya layihəsindəki EYNİ İMZALARDAN BƏZİLƏRİ(Tom Lantos və Dick Sviit(kürəkən)-Konqres və ABŞ-Azərbaycan münasibətləri tarixində Azərbaycana qarşıqatı düşmən,ilik münasibəti   ilə tanınan  qüvvələrdir.[4]

 CEP .png (47 KB)

Konqres Erməni Qrupunun həmsədri Kris Smitin (Chair Chris Smith (R-CA)-həm də “ Konqresin Tom Lantos İnsan Hüquqları Komitəsi”nin həmsədri kimi  Komitəyə Katarina Lantosla birgə rəhbərlik etməsini təkrar etməyə ehtiyac var.

Beləliklə, gurultulu və rəsmi adlı “Konqresin Tom Lantos İnsan Hüquqları Komitəsi”-nin gerçəklikdə Lantoslar  ailəsinin erməni lobbisinin əlində bir alət olması, bu korrupsiya şəbəkəsinin lazım olan məqamda Azərbaycana qarşı qərəz və heç bir hüquqi əsası olmayan qanunlar qəbul etdirməsi 30 ildən çox davam edən bir  “tarixi ənənəyə” çevrilib. “T.Lantos”soyadı -söhbətin erməni lobbisinin planlarının reallaşmasından getməsi ilə eyni başa düşülməlidir.

T.Lantos ailəsinin üzvü sabiq konqresmen və səfir Dick Sviit hazırda qlobal “İqlim inkişafında sahibkarlıq həlləri”( Current CEO of Climate Prosperity Enterprise Solutions, LLC  )adlı şirkətin direktorudur. COP29-la bağlı ermənilərin burada da planları olmamış deyil.

Beləliklə, Azərbaycanda rəsmi şəxslərə qarşı 26 apreldə Konqresə təqdim edilən   sanksiya layihəsinin müəllifləri və  1992-ci ildəki 907-ci düzəlişi tətbiq edənlər- eyni isimlərdir. Daha dəqiq deyilsə, Konqresin Erməni Qrupu və erməni lobbisidir. Lobbinin xüsusi vurğuladığı məqam budur ki, ayrı-ayrı məmurlara sanksiya ümumi ölkəyə sanksiyalardan daha effektivdir. Səbəbi isə -907-ci düzəlişə baxmayaraq, hərbi sahədə ABŞ-Azərbaycan əməkdaşlığınin davam etməsidir.

Sosial Tədqiqatları Mərkəzinin araşdırmalarında ardıcıl olaraq qeyd edilən-qlobal və regional  insan haqları təşkilatlarında şəbəkələşən erməni faktoru, sanksiya mövzusunda da, ABŞ Konqresinin T.Lantos İnsan Hüquqları Komissiyası, Lantos Fondu, USCİRF, habelə, çoxsaylı digər “hüquq və azadlıq” və s.    tamamilə erməni lobbisinin maliyyəsi ilə çalışır.

  • Tom Lantosun qızı Katrina Lantos Swett-ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədri kimi Azərbaycana qarşı dəfələrlə qərəzli hesabatlar hazırlayıb

Katrina Lantos  2015-ci ilə qədər “Tom Lantos Hüquq və Ədalət Fondunun prezidenti” olmaqla yanaşı, həm də, ABŞ Beynəlxalq Din  Azadlığı Komissiyasına (The U.S. Commission on International Religious Freedom (USCIRF) rəhbərlik edib. Katerinadan sonra USCİRF-ə Azərbaycana qarşı son sanksiya layihəsinin sponsoru,erməni qrupunun üzvü Sem Braunbek sədrlik edib. Qondarma soyqırımın 100 illiyi USCİRF tərəfindən xüsusi qeyd edilib.

 XUSUSİ .png (160 KB)

Katerina Lantos vəzifədən getsə də  ABŞ Beynəlxalq Din  Azadlığı Komissiyası (USCİRF) onun -yəni erməni lobbisinin tam olaraq kurasiyasında qalıb. Sanksiyalarla bağlı qanun layihəsinin hazırlanmasının intensiv dövründə 2024-cü  ilin fevralında Komissiyanın keçirdiyi Beynəlxalq Din Azadlığı Forum demək olar ki, tamamilə “Artsaxa”-ermənilərə həsr edilib. Forum Katrina Lantos və ABŞ Beynəlxalq Din Azadlığı səfiri Sem Braunbek (son sanksiyanın sponsoru) tərəfindən təşkil edilib.!? SİTAT: “Sabiq ombudsman Artak Beqlaryan və sabiq rəsmiləri erməni lobbisi ilə birgə  60-dan artıq(!?) görüşlər keçirib, sanksiya tətbiqi üçün “faktları” təqdim edib, ermənilərin qaytarılmasını müzakirə ediblər. Stepanyan və Beqlaryan 2023-cü ilin sentyabrında Artsax  əhalisini zorla qovan  Azərbaycanın  on aylıq blokadasının vəhşi reallıqları haqqında şahid ifadələrini təqdim edirlər”.[5]

Beləliklə,  ABŞ Konqresinin gurultulu adlı  “Tom Lantos İnsan Haqları komissiyasının”, xüsusilə Lantoslar ailəsinin-gerçəklikdə Konqres Erməni qrupunun və lobbinin yaratdığı siyasi alət olması bəlli olur.   

Eyni şəxsin,konqresmen Kris Sminitn və başqalarının həm Konqres Erməni Qrupuna, həm də, Tom Lantos Komissiyasına həmsədrlik etməsi, bu komissiyanın heç bir ədalətli,qərəzsiz qərar qəbul edə bilməyəciyininsübutudur. Konqresə təqdim edilən sanksiya qanun layihəsinin də  ilk olaraq bu Komissiyada təqdim edilməsi də diqqətə alınmalıdır.  

 Sanksiya siyahısındakı  Vətən müharibəsi qəhrəmanlarının, habelə,  Layihənin adına ən son gündə “44 rəqəminin ”məqsədyönlü əlavə edilməsi erməni revanşizminin, ölkəmizdə keçiriləcək qlobal COP29 tədbirinin vacibliyini nəzərə alaraq təzyiq cəhdinin, artıq ilk ciddi addımların atıldığı sülh danışıqlarına maneə  yaratmağın nümayişidir. Paralel aparılan şiddətli informasiya hücumu,başqa R.Vardanyan olmaqla “erməni əsirlər” adlandırılan cinayətkarların  azad edilməsi yönündə təzyiq cəhdləridir. 

ardı var...

ARDİ .png (181 KB) 

FEVRAL .png (767 KB) 

Artak Beqalaryan və son sanksiya layihəsinin sponsoru, Konqres Erməni Qrupun həmsədri David Valadao

BEQLAR .png (633 KB)

İlkin siyahıdan çıxarılan türk və qondarma “muzdlu” komandirlər:

KOMAN .png (440 KB)

NOBAR .png (118 KB)

Heç zaman siyasi mövzulara qatılmayan milyarder Nobar Afeyanın ilk dəfə dostu Ruben Vardanyanla bağlı Amazonda yayımlanan dünyaya  açıq məktubu/müraciəti və sanksiya mövzusuna toxunması “Sadəcə xatırlama, Hərəkət et!”…https://auroraprize-files.s3.us-east-2.amazonaws.com/openletter_bynoubarafeyan_april242024.pdf…

 

JUST .png (588 KB)

 

TAHİRE SON.jpeg (213 KB)

Tahirə Allahyarova, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, professor

03.05.2024 13:39
1615