Azərbaycana qarşı addımı ifşa etdi, işdən qovuldu…

Xəbər verdiyimiz kimi, Arazdəyənin inzibati rəhbəri Saro Ayvazyan ərazidə tikilən metallurgiya zavodunda ABŞ bayrağı qaldırılandan sonra istefaya məcbur edilmişdi.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, erməni mediası onun işdən çıxarılmasının detallarını yazıb.

Bildirilib ki, Ayvazyan yerli mətbuata müsahibəsində tikilməkdə olan zavodda ABŞ bayrağının “Azərbaycanın qarşısını almaq üçün” qaldırılacağını əvvəlcədən deyib və onun vəzifədən çıxarılmasının səbəbi də budur. O, “strateji sirri” ifşa etdiyi üçün cəzalanıb.

Qeyd edək ki, kənd icması onun vəzifəyə geri qaytarılması üçün aksiya keçirir.

28.06.2023 12:55
1531