Azərbaycana könüllü təslim olan Babayan KİMDİR? - QARA DOSYE

Xəbər verdiyimiz kimi, qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub. O bu barədə öz "Facebook" hesabında açıqlama yayıb.

Musavat.com David Babayanın dosyesini təqdim edir:

David Klimi Babayan 5 aprel 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 

O, 28 dekabr 2013-cü ildən qondarma rejimin Mərkəzi İnformasiya Departamentinin rəhbəri, eyni zamanda "respublika prezidenti"nin aparatında sədr müavini vəzifəsində çalışıb. 26 may 2020-ci ildə "prezident"in xarici əlaqələr üzrə müşaviri təyin edilib. 4 yanvar 2021-ci ildə Babayan "xarici işlər naziri" təyin edilib. Bundan başqa, “Artsax Mühafizəkarlar Partiyası”nı qurub və hazırda ona rəhbərlik edib. 17 yanvar 2023-cü ildə isə Babayan qondarma "Artsax respublikası" "prezidenti"nin müşaviri təyin edilib.

Azərbaycan hökumətinin sentyabrın 19 və 20-də sürətli antiterror tədbirlərindən və qondarma rejimin özünü buraxması haqqında "fərman" imzalamasından sonra Babayan Azərbaycanın nəzarətində olan Şuşaya getdiyini və Azərbaycan hakimiyyətinə təslim olduğunu elan edib.

Musavat.com

28.09.2023 11:20
12787