Azərbaycana gəlmək istəyən erməni deputat GÖRÜN NƏ ETDİ

Ermənistanın hakim "Vətəndaş Sazişi" partiyasının deputatı olan Vilen Qabrielyanın mandatından imtina etməsi ilə bağlı müraciəti parlamentə daxil olub.

Bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.

"Vilen Qabrielyanın müraciəti artıq daxil olub", - deyə o təsdiqləyib.

Xatırladaq ki, bir müddət əvvəl deputat V.Qabrielyan sosial şəbəkələrdə etdiyi paylaşımda martın 30-da Gümrüdəki seçki günü baş vermiş qalmaqalla əlaqədar istefa verəcəyini açıqlamışdı. Belə ki, hakim "Vətəndaş Sazişi" partiyasından olan deputat seçki günü içkili vəziyyətdə olub, jurnalistin ona ünvanlandığı suala kobud tərzdə cavab verib.

Qeyd edək ki, V.Qabrielyan Bakıda doğulub. O, tədbirlərdən birində "bozqurd" jestini göstərərək Azərbaycana səfər etmək istədiyini bildirib.**Oxu.Az 

01.04.2025 12:40
1098