“Azərbaycan yeni müharibəyə fəal şəkildə hazırlaşır” - Camalyandan SƏRSƏM İDDİA 

“Azərbaycan Ermənistana qarşı yeni müharibəyə fəal şəkildə hazırlaşır və bu məqsədi reallaşdırmağa başlamaq şansını əldən verməyəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli hərbi ekspert David Camalyan deyib.

Onun sözlərinə görə, indiki mərhələdə Ermənistana qarşı hərbi ssenarinin həyata keçirilməsinin mümkünlüyünü şərtləndirən bir neçə amil var.

Ekspert hesab edir ki, buna Rusiyanın Ukrayna cəbhəsi ilə məşğul olması şərait yaradır:

“Ukrayna cəbhəsində vəziyyətin dönüş nöqtəsi olmasına baxmayaraq, Rusiya Cənubi Qafqazda özünə cəbhə açmağa hazır deyil. Hərbi əməliyyat təhlükəsinin artmasına səbəb olan digər amil İran və İsrail arasında müharibədən əvvəlki vəziyyətdir. Amma əsas amil təbii ki, Ermənistan hakimiyyətinə birtərəfli güzəşt siyasətidir.

Sonsuz birtərəfli güzəştlər hücuma gətirib çıxarır. Məsələn, Laçın təslim olduqdan sonra Azərbaycan Cermuka hücum etdi. Kirantsın təslim olmasından sonra sülh gündəmində də irəliləyiş yoxdur. Üstəlik, hücumun növbəti raundu olacaq”.

Bununla yanaşı, Camalyan yeni hücumu konkret hansı istiqamətdə gözləmək sualına cavab verməkdə çətinlik çəkib.

“İnanıram ki, əsas hədəf Sünik olacaq” - deyə David Camalyan bildirib.

Musavat.com

06.08.2024 18:01
672