Azərbaycan "yaşıl enerji"nin inkişafına bu qədər XƏRC çəkib - VİDEO

"Azərbaycan regionda "yaşıl enerji"nin formalaşmasına və genişlənməsinə töhfə verən ölkələrdəndir. Son illər Cənubi Qafqaz və Mərkəzi Asiyada alternativ mənbələrdən enerji hasilatına ən çox investisiya cəlb edən ölkələrdən biri Azərbaycandır".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V. Bayramov ölkəmizin "yaşıl enerji"yə investisiyalarını şərh edib, COP29-la bağlı gözləntilərini bildirib:

"Yalnız son illər Azərbaycanda alternativ mənbələrdən "yaşıl enerji"nin inkişafı üçün 1 milyard dollardan artıq vəsait sərf edilib. Bu baxımdan COP29-un Bakıda təşkil edilməsi, uğurla davam etməsi də ondan xəbər verir ki, Azərbaycan "yaşıl enerji" şəbəkəsinin genişləndirilməsinə töhfə verir. Digər tərəfdən isə Azərbaycan regional və qlobal təşəbbüslərlə çıxış edir. COP29 iqlim dəyişikliyi mövzusunda yeni səhifənin açılmasına imkan verəcək. Burada müzakirə edilən məsələlər problemlərin göstərilməsi deyil, onların həlli ilə bağlı təklif edilən mexanizmlər ondan xəbər verir ki, COP29 xüsusilə qlobal dəyişikliklər baxımından, eləcə də ətraf mühit və iqlim dəyişiklikləri kontekstində maliyyə resurslarının cəlb edilməsində xüsusi rola malik olacaq".

Ətraflı video-şərhdə:

 

Nigar HƏSƏNLİ,
Musavat.com

15.11.2024 09:51
745