Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb:

"Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub", - paylaşımda bildirilib.

20.11.2024 16:05
154