Azərbaycan XİN Polşanı təbrik edib


Azərbaycanın Xarici İşlər Nazirliyi Polşanı Milli Gün münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində paylaşım edilib.

“Polşa Respublikasının Milli Günü münasibətilə Polşa hökumətinə və xalqına ən xoş arzularımızı, səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Polşa!”, - paylaşımda deyilir.

03.05.2022 16:17
477