Azərbaycan XİN Misirə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çoxlu sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.

15.08.2022 18:21
343