Azərbaycan XİN Əlcəzairə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) meşə yanğınları ilə əlaqədər Əlcəzairə başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində yazılıb.

“Əlcəzairdə meşə yanğınları nəticəsində yaxınlarını itirən və əziyyət çəkən ailələrə dərin hüznlə başsağlığı veririk. Biz Əlcəzairə hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk”, - paylaşımda bildirib.

20.08.2022 16:19
950