Azərbaycan XİN: "Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik”

“Bu gün ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri olan, bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın ölümü ilə nəticələnən Xocalı Soyqırımının 31-ci ildönümüdür”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə yazıb.

“Biz bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq! Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik”, - o bildirib.

26.02.2023 10:02
271