Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları tərəfindən səhər saatlarında zəlzələ baş verən ərazidə əməliyyatlarını davam etdirilər.
APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, gecə saatlarında Kahranmaraş şəhərinin Harulla məhəlləsində FHN əməkdaşları axtarış-xilasetmə əməliyyatlarını icra edir.
Qeyd edək ki, FHN Kahranmaraş şəhərində 720-dən nəfərdən ibarət canlı qüvvəsi və xüsusi təlim görmüş itləri axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.