"Azərbaycan xalqı ilə həmrəyik" - Rumıniya baş naziri başsağlığı verdi - FOTO

Rumıniyanın b naziri Marsel Çiolaku təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Rumıniya hökuməti Azərbaycan xalqı ilə həmrəydir. Faciəli təyyarə qəzasında həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananlara tezliklə şəfa arzu edirik".

Musavat.com

27.12.2024 19:47
376