Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, bu barədə Dmitro Kuleba sosial şəbəkədə bildirib.
“Telefon danışığımız zamanı Ceyhun Bayramovla Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Azərbaycana humanitar yardıma görə təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də bilgiləndirdim. Biz gələcək ikitərəfli təmasları əlaqələndirdik”, – o qeyd edib.