Azərbaycan və Pakistan arasında “Regional Ticarət Əlaqələrinin Gücləndirilməsi: İqtisadi Diplomatiya üzrə Mərhələ” Anlaşma Memorandumu imzalanıb.
Musavat.com xəbər verir ki, regional ticarət və investisiyaların artırılması istiqamətində mühüm addım olaraq Pakistan Biznes Forumunun vitse-prezidenti və “Matriks Global” şirkətinin prezidenti Amna Münavvar Avan Rəqəmsal Diplomatiyanın Mərkəzi Asiya və Azərbaycan üzrə direktoru Babək Hüseynli ilə təməlqoyma memorandumu imzalayıb.
İqtisadi diplomatiyanın inkişafı məqsədi ilə imzalanan saziş “Sunridge Foods Pvt Ltd” şirkətinin yüksək keyfiyyətli qida məhsullarının Azərbaycan və Mərkəzi Asiya Respublikalarına ixracını həyata keçirilməsində xüsusi rol oynayacaq.
Bu əməkdaşlıq uğurlu ticarət şəbəkəsinin formalaşdırılması üçün zəmin yaradacaq. Babək Hüseynlinin firması Pakistanın ticarət mallarını, o cümlədən “Sunridge” məhsullarını nümayiş etdirmək üçün Azərbaycanda anbar, ticarət vitrini və ofislə təmin edəcək. Eyni zamanda, “Matriks Global”ın İslamabad ofisi regional əlaqəni inkişaf etdirmək və qüsursuz ticarət əməliyyatlarını dəstəkləmək üçün əsas rol oynayacaq və Azərbaycan məhsullarının Pakistanda tanıdılması məqsədi ilə müxtəlif fəaliyyətlər həyata keçirəcək.
Mətbuata çıxışında Amna Munavvar Avan bu Anlaşma Memorandumunun ikitərəfli ticarətin, iqtisadi əlaqələrin təşviqində və investisiyaların cəlb edilməsində transformasiya potensialının əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
Gözlənilən ticarət həcmi 10 milyon dolları keçən bu tərəfdaşlıq Pakistan, Azərbaycan və Mərkəzi Asiya arasında rifahın yeni yollarını açmağa və əlaqələri dərinləşdirməyə imkan yaradacaq.
Bu təşəbbüs təkcə iqtisadi diplomatiyanın gücləndirilməsi öhdəliyi ilə məhdudlaşmır, eyni zamanda Pakistanın regional ticarət və ticarətdə əsas oyunçu kimi rolunu gücləndirəcək.
Musavat.com