Azərbaycan və Gürcüstan sərhədində şərti sərhəd pozucularının yaxalanma anı - VİDEO

Azərbaycan və Gürcüstan sərhədində dövlət sərhədini pozmağa cəhd göstərən 3 şərti sərhəd pozucusu zərərsizləşdirilib.

Musavat.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasında Gürcüstan istiqamətindən sərhədi pozmağa cəhd göstərən 3 sərhəd pozucusu sərhədçilər tərəfindən zərərsizləşdirilib.

DSX-nin Sərhəd Qoşunları Komandanı general-leytenant Araz Məmmədov deyib ki, Gürcüstan sərhədində yerləşən Babəkar zastavasında şərti sərhəd pozucusunun saxlanması əməliyyatı keçirilib.

Məlumata görə, ərazidə quraşdırılan kameralar vasitəsi ilə 20 km-lik ərazini müşahidə etmək mümkündür. Qeyd olunub ki, sərhəd pozucuları aşkar olunduqdan sonra zastavaya məlumat verilir və onların zərərsizləşdirilməsi istiqamətində işlər görülür.

Şahanə Rəhimli
Musavat.com

22.11.2024 12:55
662