Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Esvatininin Baş naziri Rassel Dlamini ilə görüşüb.
Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılıqlı maraq doğuran bir sıra sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.