Mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Musavat.com bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə edilib.
Erməni tərəf Laçın ilə bağlı müzakirələrin olduğunu bildirib.
Musavat.com