Azərbaycan və Ermənistan RAZILIĞA GƏLDİ - Bu məsələdə...

Azərbaycan və Ermənistan mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair yayılan rəsmi məlumatda deyilir.

Bildirilir ki, Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

 

26.09.2024 21:19
2132