“Azərbaycan və Ermənistan arasında diplomatik atışma gedir” - Abramyan

“Son 2-3 həftə ərzində Azərbaycan və Ermənistan arasında diplomatik bal ayı tədricən diplomatik atışmaya çevrilir”.

Musavat.com xəbər verir ki, bu iddianın müəllifi Ermənistan parlamentinin qatı revanşist deputatı Tiqran Abramyandır.

“Ermənistan hakimiyyəti açıq şəkildə bildirir ki, onların güzəşt resursu tükənməz deyil və ölkə daxilində ciddi təlatümlər riski daşıyır, lakin Bakı qalib mövqeyindən çıxış edərək israrçı davranışını davam etdirir. Bu durum tərəfləri çıxılmaz vəziyyətə gətirib çıxarıb. Ya Ermənistan tərəfindən yeni güzəştlər ediləcək, ya da sərhəddə yeni gərginliklər yaranacaq”, - deyə Abramyan feysbuk hesabında yazıb.

Musavat.com

07.10.2024 14:10
384