Azərbaycan və Əlcəzair XİN başçılarının görüşü başladı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşü başlayıb.

Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda görüş davam edir.

Xatırladaq ki, Ceyhun Bayramov Əlcəzairdə səfərdədir.

04.11.2025 14:32
154