Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.
"Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha 4 obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin minnətdarıq", - mer əlavə edib.
Qeyd edək ki, Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib.