Xəbər verdiyimiz kimi, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda səfərdədir.
Musavat.com xəbər verir ki, TBMM sədri jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Türkiyənin ən önəmli müttəfiqidir, qardaş ölkədir:
"Türkiyə, Şimali Kipr, Azərbaycan belə demək olarsa, bir millət 3 dövlətdir. Cənubi Qafqazda Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Türkiyə və Azərbaycan daim bir-birinin yanındadır və bundan sonra da belə olacaq. Eynilə Şimali Kipr üçün də bunu deyə bilərik".
Nigar HƏSƏNLİ,
Musavat.com