Azərbaycan-Türkiyə kitabxana sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşriyyatlar Baş İdarəsi rəhbəri, Türkiyə Milli Kitabxanasının direktoru  Taner Beyoğlu ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət, kitabxana, nəşriyyat sahəsində əməkdaşlıq, keçirilən beynəlxalq tədbirlər, sərgi və yarmarkalar, Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması istiqamətində görüləcək işlər, Türkiyənin Milli Kitabxanası və bölgələrdə yerləşən kitabxanalarla əməkdaşlıq, onlara Azərbaycana dair nəşrlərin hədiyyə olunması, Türkiyə fondlarında saxlanılan Azərbaycan klassik irsinin, nadir nüsxələrin tədqiqi, qədim xəritələrin sərgisinin təşkili, əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub və razılaşdırılıb.

Görüşdə gələcəkdə qarşılıqlı olaraq elmi jurnallardan onlayn istifadə olunması, Türk dövlətləri arasında elektron kataloq və elektron kitabxana sahəsində inteqrasiya, birgə layihələrin, tədbirlərin reallaşdırılmasına dair fikir mübadiləsi olub.

27.08.2024 13:49
354