Azərbaycan-Türkiyə heyətləri birgə iftar süfrəsində iştirak edib

Azərbaycan və Türkiyə rəsmiləri birgə iftar süfrəsində iştirak ediblər.

Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib.

Qardaşlıq iftar süfrəsi Türkiyə Prezident Kompleksində – “Cümhurbaşkanlığı Külliyesi”ndə təşkil olunub.

05.03.2025 21:03
1174