Azərbaycan təhlükəsizlik orqanlarının veteranı vəfat edib

Azərbaycan təhlükəsizlik orqanlarının veteranı Balabəy Balabəyov vəfat edib.

Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Təhlükəsizlik Orqanlarının Veteranları İttifaqından məlumat verilib.

“Azərbaycan təhlükəsizlik orqanlarının veteranı Balabəy Balabəyovun vəfatından kədərlənir, mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda qeyd olunub.

18.12.2022 21:52
1680