Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verdi

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində məlumat paylaşılıb.

Paylaşımda aşağıdakılar qeyd olunub:

“Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”

06.02.2023 08:57
690