Azərbaycan səfiri etimadnaməsini Sindi Makkeynə TƏQDİM ETDİ

Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə diplomat tviterdə bildirib.

Görüş zamanı səfir etimadnaməsini BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoruna təqdim edib.

12.06.2023 23:50
449