Azərbaycan səfiri etimadnaməsini Niderland Kralına təqdim edib

Azərbaycan səfiri Rəhman Mustafayev etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.

Musavat.com xəbər verir ki, səfir bu barədə “Twitter”də bildirib.

“Bu gün səfir kimi etimadnaməmi Kral Villem-Aleksandra təqdim etmək şərəfinə nail oldum. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlıq, elm və mədəniyyət sahəsində əməkdaşlıq, gənclərin mübadiləsi gündəliyimizdə əsas məsələlər olacaq”, - diplomat vurğulayıb.

638769f1c4da8638769f1c4da91669818865638769f1c4da6638769f1c4da7.jpg (394 KB)

30.11.2022 19:23
535