Azərbaycan - Rusiya ticarətinin 70 faizdən çoxu milli valyutalarda aparılır

2024-cü ilin yanvar-may aylarında Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 70 faizdən çox olub.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Rusiya tərəfdən sədri Aleksey Overçuk deyib.

O bildirib ki, ölkələr qarşılıqlı ticarətdə milli valyutalarına güvənirlər: “Onların ikitərəfli hesablaşmaların strukturunda payı 2023-cü ilin sonunda 57,8 faiz, 2024-cü ilin yanvar ayının sonunda - 73,1 faiz idi".

Musavat.com

09.08.2024 18:08
259