İran və Rusiya Astara-Rəşt dəmir yolu layihəsini işə salıb və bu layihə çərçivəsində İran Azərbaycana sərfəli təklif edib.
Musavat.com xəbər verir ki, məlumat İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) sosial şəbəkələrdə dərc olunan mesajında yer alıb.
Məlumatda iddia olunur ki, Azərbaycan bu təklifə razılıq verib və “Zəngəzur məsələsi həll olunub”: “Mətbuatda Azərbaycanın bu layihə ilə razılaşmaması ilə bağlı xəbərlər sadəcə olaraq İsrail tərəfindən dezinformasiya cəhdidir”.
Musavat.com