Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib - FOTO

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

Musavat.com Report-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi hazırda açıq olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan avtomobillər Xankəndi istiqamətində hərəkət edir.

Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.
Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.

23.09.2023 16:23
1142