“Azərbaycan Prezidenti bayrağı qaldıranda şok oldum” - Erməni qadın

“Türklər əvvəlcə bizim kəndə daxil oldular. Evdən çıxdıq, necə olduğunu dəqiq xatırlamıram, hələ də şok vəziyyətindəyik”.

Bu sözləri erməni qadın Angin Zakaryan jurnalistə müsahibəsində bildirib.

O, prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını qaldıranda hansı hissləri keçirdiyini də ifadə edib: “Biz nə hiss etməli idik? Sadəcə şok olduq. Çox pis oldu”.

Angin Zakaryanın sözlərinə görə, bu, yuxu kimi görünsə də, gələcəyə də ümid yoxdur:

“Bilmirik, bu, pis bir yuxu kimi hiss olunur. Düşünürük ki, bir gün evə gedəcəyik, amma ümid yoxdur”./Konkret.az

17.10.2023 04:10
4506