Azərbaycan polisi ƏMƏLİYYAT KEÇİRDİ: Saxlananlar var - FOTOLAR

Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

31.03.2024 14:02
1632